28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Xəzər Lənkəran" bu mövsüm daha yerli futbolçu transfer etməyəcək"

"Transfer çalışmalarında hələ ki bir yenilik yoxdur. Klub rəhbərliyi Toşakın sərəncamında görmək istədiyi futbolçularla danışıqlar aparır". Bu sözləri Futbolxeber.az saytına verdiyi açıqlamada "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Klub rəsmisi bildirib ki, "Xəzər Lənkəran" yerli bazarda çalışmalarını artıq başa vurub: "Con Toşak komandada görmək istədiyi futbolçuların siyahısını artıq klub rəbhərliyini təqdim edib. Rəhbərlik də həmin siyahıda adı olan futbolçularla danışıqlar aparır. Toşakın siyahısındakı olan bütün futbolçular əcnəbilərdi. Çünki yerli futbolçuların, eləcə də ölkəmizdə çıxış edən əcnəbilərin transferlərini artıq yekunlaşdırmışıq. Əcnəbilərlə hazırda danışıqlar gedir. Lakin hər hansı bir futbolçu ilə nə razılığa gəlmişik, nə də ilkin razılıq əldə etmişik. Buna görə də indidən maraq dairəmizdə olan futbolçuların adlarını açıqlamaq düzgün olmazdı. Hər hansı futbolçu ilə razılığa gəlsək, bu zaman ətraflı açıqlama verəcəyik".

Hüseyn Cəbrayıloğlu komandanın hazırlıq planından da söz açıb: "Ayın 18-də komandamız Almaniyaya yola düşəcək. Hazırlıq prosesi zamanı yoxlama görüşləri də keçiriləcək. Lakin əvvəlki təlim-məşq toplanışlarından fərqli olaraq, bu dəfə vaxtımız azdır. Buna görə də böyük ehtimalla, cəmi 2 yoxlama matçı keçirəcəyik. Oyunların ayın 29-u və 30-da keçirilməsi planlaşdırılır. Amma rəqiblərin adları hələlik bəlli deyil". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31