19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Avropa çempionatında Azərbaycan millisinin uğurlu çıxışı üçün əlimdən gələni edəcəyəm”

“Püşkü normal dəyərləndirirəm. “B” qrupunu çıxmaq şərtilə, digər iki qrup çox güclüdür”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri 17 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Mətin Gülər deyib.

“Beşiktaş”ın yarımmüdafiəçisi Avropa çempionatının “A” qrupunda Portuqaliya, Belçika və Şotlandiya ilə mübarizədə yığmamızın şanslarını belə dəyərləndirib: “Qrupdan çıxmaq şansımız yüksəkdir. Öz meydanımızda, azarkeşlərimiz önündə oynayacağıq. Məncə, qrupdan çıxacağıq”.

Dünən ad gününü qeyd edən M. Gülər artıq bu gün millimizin düşərgəsində olacaq.

Gənc yarımmüdafiəçi “Beşiktaş”dakı durumunu da dəyərləndirib: “Pley-off oyunlarında mübarizə aparırıq. Klubda işlərim qaydasındadır. Özümü yaxşı hiss edirəm. Avropa çempionatında Azərbaycan millisinin uğurlu çıxışı üçün əlimdən gələni edəcəyəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30