19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Zirə”nin prezidenti: “Elxan Məmmədovun niyə elə deməsindən xəbərsizəm” (Müsahibə)

Klublar Komitəsinin iclasından sonra “Zirə”nin prezidenti Vüqar Astanov jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytı V. Astanovun müsahibəsini təqdim edir:

- AFFA-nın baş katibi Elxan Məmmədov “Zirə”nin qarşıdakı mövsümdə avrokuboklarda oynamaq şansının olmadığını deyib. Həqiqətən hər şey bitib, yoxsa hələ də ümidiniz var?

- Bu məsələ ilə bağlı bizdən nə asılıdırsa, hamısını etmişik. Bütün lazımi sənədlər göndərilib. Cavab isə gələn ayın ortalarında gələcək. Bu barədə Elxan Məmmədovla da söhbətimiz olub. Hazırda dəqiq söz demək çətindir. Yalnız mayda məsələyə aydınlıq gələcək.

- Bu halda, Elxan Məmmədov niyə elə açıqlama verib?

- Bu barədə bir söz deyə bilmərəm. Elxan Məmmədovun niyə elə deməsindən xəbərsizəm.

- Premyer Liqanın bombardiri olan Nelson Bonillanı növbəti mövsümdə də “Zirə”də görəcəyik?

- Nelsonun müqavilə müddət “1+1” ildir. Mayda onunla danışacağıq. Biz komandada qalmasını istəyirik. Razılıq əldə olunsa, növbəti mövsümdə də “Zirə”də forma geyəcək.

- “Zirə”nin gələcəkdə Mingeçəviri təmsil edəcəyi barədə yayılan xəbərlər nə dərəcədə doğrudur?

- Bu, doğru xəbər deyil. Belə şey ola bilməz. “Zirə” Bakını təmsil edir.

- Cari mövsümdə komandanız uğurlu çıxış edir. Demək olar ki, Adil Şükürov növbəti mövsüm üçün yerini təmin edib?

- Adil Şükürov komandada qalacaq. Necə var, elə də yolumuza davam edəcəyik. Məşqçilər korpusunda hər hansı dəyişiklik etmək fikrimiz yoxdur

- Komanda avrokuboklardan kənarda qalacağı halda, aparıcı futbolçuları heyətdə saxlamaq çətin olmayacaq ki?

- Xeyr. Çünki biz mövsümün əvvəlində komandanın qarşısına medal qazanmağı və ya avrokuboklarda oynamağı şərt kimi qoymamışdıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30