29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tuyqun Nadirov: “Həmin borcları 1 saniyəyə bağlaya bilərik” (Müsahibə)

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Klublar Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- “Zirə” ilə oyundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov yeni mövsümdə komandanın büdcəsinin artırılacağını dedi. Demək olar ki, “Xəzər Lənkəran” növbəti mövsümdə yenidən iddialı olacaq?

- Elbrus Məmmədovun səsləndirdiyi fikirlərlə tanışam. Baş məşqçi və klub prezidenti mütəmadi olaraq gələcək planlar haqda danışırlar. Bu gün komandamızın heyətində həm özünü yaxşı tərəfdən göstərən, həm də ümidləri doğrultmayan futbolçular var. Komanda üzvlərinin çıxışına yekun qiymət mövsümün sonunda veriləcək. Hər mövsüm “Xəzər Lənkəran” çempionata iddialı start verir. Növbəti mövsüm də istisna olmayacaq. Bilirsiniz ki, hazırda klubun sabiq legionerləri qarşısında öhdəlikləri var. Borclar qismən ödənilir. 2015-ci ilin sonu ilə müqayisədə indi vəziyyət daha yaxşıdır. Yayda problemlərimizin hamısını həll edəcəyimizə inanıram. Təşkilatı məsələlər barədə hər hansı çətinliyimiz yoxdur. Bu gün “Xəzər Lənkəran”ın əsas problemi öhdəliklər, FIFA-nın çıxardığı qərarlardır. Bu məsələlər hələ də həll olunmayıb. Rəhbərlik olaraq FIFA-nın müvafiq qurumlarına məktublar ünvanlayırıq. Futbolçuların özləri, hüquqşunsaları ilə daim danışırıq. Çalışırıq maliyyə vəsaiti tapılana kimi kluba cəza gəlməsin. “Xəzər Lənkəran”ın başqa problemi yoxdur. Akademiya fəaliyyətini davam etdirir. Aşağı yaş qrupları üzrə komandalarımız uğurla çıxış edir. Milli komandalarımızda futbolçularımız var. Klub öz gündəlik həyatını yaşayır və fəaliyyətini davam etdirir.

- Yayda komanda əvvəlki kimi iddialı olsa, baş məşqçi postunda dəyişiklik edilməsi mümkündür?

- Baş məşqçi dəyişikliyi gündəmdə yoxdur. Heyətimiz güclənməlidir. Komandanın buna ehtiyacı var. Bu gün “Xəzər Lənkəran” stabillik və bəzi mövqelərin güclənməsinə ehtiyac duyur. Ümid edirəm ki, bütün problemlər bu mövsümdə qalacaq. Növbəti mövsüm üçün daha iddialı olacağıq.

- Klubun fəxri prezidenti Mübariz Mənsimovun baş verənlərdən xəbəri var?

- “Xəzər Lənkəran”ın Azərbaycanda idarə heyəti var. Həmin idarə heyətinin rəhbəri, klubun prezidenti də Mais Mənsimovdur. Mübariz bəy klubun əsas sponsoru olan şirkətin prezidentidir. Mübariz Mənsimov “Xəzər Lənkəran”la bağlı həftəlik, aylıq hesabat alır. O, hər şeydən xəbərdardır. Son zamanlar müxtəlif fikirlər səslənir. Bəziləri “Palmali”nin “Xəzər Lənkəran”a sponsorluq etmədiyini, Mübariz Mənsimovun klubdan əlini götürdüyünü iddia edilər. Lakin bütün bunlar əsassız xəbərlərdir. Bu yaxınlarda yeni bir şirkətlərlə müqavilə imzaladıq. Tezliklər daha bir neçə yeni sponsorun adını eşidəcəksiniz. Onlar arasında tanınmış firmalar var. Onlar da komandaya dəstək olacaqlar. “Xəzər Lənkəran”ın yaşaması üçün lazım olan hər şey var. Bircə problem cərimələrdir.

- Konkret “Xəzər Lənkəran”ın borcu nə qədərdir?

- 600-700 min. Bu məbləğdə dollar da var, avro da. Manata çevirəndə isə rəqəm böyüyür. Hazırkı durumda sponsorlardan həmin məbləği tələb etmək olmur.

- Əsas sponsor da həmin məbləği ödəmir?

- Ödəsəydilər, problem olmazdı. Əsas spnsorumuzun da digər şirkətlərdən alacağı vəsaitlər var. Bu gün “Xəzər Lənkəran”ın hər cür şəraiti var. Biz stadiona, avtobusa, məşq və oyun meydançasına görə bu gün pul ödəmirik. “Xəzər Lənkəran” stadionunu girov qoyub, bankadan pul götürə bilər. Həmin borcları 1 saniyəyə bağlaya bilərik. Amma sonra onu necə qaytaracağıq? Bilet satışı və ya fan-şopdan əldə olunan vəsaitlə bu, mümkün olacaq? Hazırda “Xəzər Lənkəran” çempionluq və ya avrokuboklar uğrunda oynamır. Əsas məqsəd klubun yaşamasıdır. 10 il ərzində yetərincə titul qazanmışıq. Bu gün isə komandaya stabillik lazımdı. Klubu risqə atmaq olmaz.

- “Xəzər Lənkəran”ın I diviziona yuvarlanmaq ehtimalı var. Belə olacağı halda, bayaq qeyd etdiyiniz sponsorlar əməkdaşlıqdan imtina etməyəcəklər ki?

- “Xəzər Lənkəran”ın arxasınca böyük camiası var. Əvvəlki sponsorlar əməkdaşlıqdan razıdırlar. Məhz “Xəzər Lənkəran”la əməkdaşlıqdan sonra onların məhsullarının cənub zonasındakı satışında xeyli irəliləyiş var. Bu, bütün dünyada belədir. Kluba sponsorluq edən şirkət həmin klubun azarkeşlərini də qazanır. I yerdə də olsaq, axırıncı yerdə də olsaq, azarkeşlər komandanın yanındadırlar.

- Elnur Cəfərovu artıq “Xəzər Lənkəran”ın futbolçusu saymamaq olar?

- Bəli. Elnur Cəfərovun “Real Ovyedo”ya yollanması “Xəzər Lənkəran”ın son illərdəki əsas uğurlarından biridir. Klubun fəaliyyətini qiymətləndirməyə əsas verən bir neçə meyar var. “Xəzər Lənkəran” strukturla yanaşı, akademiyasını da qurub. Elnurun atası vaxtı ilə bizim komandada oynayıb. Onun övladı da “Xəzər Lənkəran”ın formasını geydi və bu gün Ispaniyaya gedir. Cəfərov “Real Ovyedo”ya transfer olunursa, deməli, işimzi düzgün qoymuşuq. Elnuru Azərbaycan reallığında yaxşı məbləğ satdıq. Bu, klubun akademiyasının gördüyü işin nəticəsidir. Bu transferdən əsas udan “Xəzər Lənkəran” yox, Azərbaycan futbolu olacaq. Hər birimizin əsas məqsədi Azərbaycan futbolunun inkişafıdır.

- Qarşıdakı Avropa çempionatında “Xəzər Lənkəran”ın 2-3 futbolçusu U-17 millimizə dəvət ala bilər. Bu baxımdan hər hansı problem yaşanmayacaq?

- Heyətlər bağlı yekun qərarı millinin baş məşqçisi verəcək. Klub tərəfdən nə köməklik lazımdırsa, biz üzərimizə düşəni etməliyik. Əsas olan millidir. Hazırlıq prosesinə maksimum dərəcədə köməklik etməliyik. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31