19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Zirə”nin yarımmüdafiəçisi: “Avroliqaya gedib-getməyəcəyimizlə maraqlanmırıq”

“Oyunun ağır keçəcəyini gözləyirdik. Öz meydanımızda çıxış edirdik. Bu matçda 3 xal qazanmaq bizim üçün çox vacib idi”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Zirə”nin yarımmüdafiəçisi Təmkin Xəlilzadə deyib.

Gənc futbolçu “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub etdikləri görüşdə çətinliklə üzləşmələrinin səbəbini belə izah edib: “Rəqib döyüşkən kollektiv idi. Komandamız qol vurmaq üçün tələsirdi. Ona görə də ilk yarıda rəqib qapısına yol tapa bilmədik. Fasilədə baş məşqçimiz səbrli oynamağımızı istədi. Nəticədə də istəyimizə çatdıq”.

Xəlilzadə ikinci hissədə meydana çıxmasında problem görmür: “Bəzi oyunlarda meydana çıxmasam da, “Xəzər Lənkəran”la görüşdə oynamaq şansı qazandım. Meydanda olduğum müddətdə komandam üçün əlimdən gələni etdim. Məşqçinin qərarına hörmətlə yanaşıram”.

Sonda avrokuboklarla bağlı sualı “Zirə”nin yarımmüdafiəçisi qısa olaraq belə cavablandırıb: “Avroliqaya gedib getməyəcəyimizlə maraqlanmırıq”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30