18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Zirə”yə uduzmalı deyildik”

“Maraqlı oyun oldu. “Zirə”yə uduzmalı deyildik”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Xəzər Lənkəran”ın üzvü Vaquf Güləliyev deyib.

22 yaşlı futbolçu “Zirə”yə 0:1 hesabı ilə uduzduqları görüşü belə şərh edib: “Birinci hissədə rəqibdən üstün olduq. Lakin fasilədən sonra bir qədər yorğunçuluq özünü göstərdi. Öz səhvimizdən qol buraxdıq. Çalışacağıq ki, qarşıdakı oyunlarda daha yaxşı edək, bir də belə səhvlər buraxmayaq”.

Güləliyev meydan amilini də qabardıb: “Süni qazon da oyunumuza müəyyən qədər təsir göstərdi. Çünki biz daim təbii otda məşq edirik. Çoxdan idi meydanda oynamıdıq. Sonuncu dəfə Sumqayıtda süni örtükdə çıxış etmişdik”. Gənc müdafiəçi növbəti turda uğur qazanmaq istədiklərini vurğulayıb: “19 oyundur qalib gələ bilmirik. Növbəti görüşdə qələbə qazanmağa çalışacağıq. Məqsədimiz “Qəbələ” ilə oyunda qalib gəlməkdir. Azarkeşlərimizi sevindirmək istəyirik. Səfər matçında “Qəbələ”dən 1 xal almışdıq. Düşünürəm ki, bu dəfə 3 xal qazanacağıq”.

“Xəzər Lənkəran”ın futbolçusu komandasının mövsümü sonuncu pillədə başa vurmayacağına inandığını bildirib: “Mövsümü sonuncu pillədə bitirməklə bağlı təhlükə hiss etmirik. Qarşıda 6 oyunumuz var. Həmin görüşdə xallar qazanacağıq. Mövsümü “Rəvan”dan öndə bitirəcəyik. Onları ən azı 6-7 xal fərqi ilə qabaqlayacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30