18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Vaqif Cavadov: “Heç bir legioner yerli futbolçunu söyə bilməz”

“Oyunla bağlı heç nə deyə bilmərəm. Hər şey göz qabağında idi”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Sumqayıt”ın hücumçusu Vaqif Cavadov deyib.

Təcübəli futbolçu Premyer Liqanın XXX turunda AZAL-dan aldıqları 0:1 hesablı yenilgini belə şərh edib: “Bəxtimiz gətirmədi. AZAL-ı təbrik edirəm. Heç kimin haqqına girmək istəmirəm. Amma oyunu qoy, mütəxəssislər, jurnalistlər analiz etsinlər. Yaxaladığımız şansları dəyərləndirə bilmədik və uduzduq”.

Vaqif Cavadov matçın sonuna yaxın rəqib futbolçu Qvanzav Maqomedovlə aralarında baş verən insidentdən də danışıb: “Azərbaycana gələn heç bir legioner yerli futbolçunu söyə bilməz. Fərqi yoxdur, istər gürcü olsun, istər serb, istərsə də braziliyalı. Çünki biz onların evinə gedəndə heç vaxt söyüş söymürük. Eləcə də azərbaycanlı futbolçu əcnəbini təhqir edə bilməz. Mətbuat nümayəndələrindən də xahiş edirəm ki, bu cür məsələlərə diqqətlə yanaşsınlar. Mən Qvanzava öz iradımı bildirdim. Oyundan sonra da danışıb, barışdıq. Hər şey yaxşıdır”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30