18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Riçard Almeyda: “Hakimdən də, “Neftçi”nin qapıçısından da üzr istədim” (Müsahibə)

“Qarabağ”ın aparıcı üzvü Riçard Almeyda “Neftçi” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytı braziliyalı yarımmüdafiəçinin müsahibəsini təqdim edir:

- “Neftçi”ni 2:1 hesabı ilə məğlub etdiniz. Oyun barədə nə deyə bilərsən?

- Bilirik ki, “Neftçi” ilə oyunlar mühüm əhəmiyyət kəsb edir. Bu komandaya qarşı oyunlarımız heç vaxt asan olmur. Birinci hissədə tələskənliyə yol verirdik. Topu özümüzdə yaxşı saxlaya bilmirdik. Buna görə də fasiləyə kimi hesabı açmaq mümkün olmadı. Amma ikinci hissədə topu özümüzdə yaxşı saxladıq. Bundan sonra lazım olam qolları vurub, qələbə qazandıq.

- Sarı vərəqə almaqla cəzalı duruma düşdün. Növbəti oyunda “Qarabağ”a kömək edə bilməyəcəyin üçün məyussan?

- Bu tur eyni səbəbdən Miçel oynamırdı. Növbəti oyunda də mən meydana çıxmayacağam. Lakin bu ciddi problem deyil. “Qaerabağ”da məni əvəzləyəcək oyunçular var.

- Reynaldonun “Neftçi”nin qapısından keçirdiyi qol epizodunda çox sevinirdin. Bunun hansısa xüsusi səbəbi var?

- Reynaldoya görə sevindim. Uzun müddət zədə səbəbindən onun kimi futbolçu kənarda qaldı. Hazırda yenidən meydana qayıdıb. Qısa müddətdə formasını bərpa etməyə çalşır. Hər dəfə qol vuranda bizi sevindirir. Biz də ona dəstək oluruq.

- Əvvəlki mövsümlərlə müqayisədə “Qarabağ”ın bu dəfə çempionluq yolunun daha asan keçdiyini söyləmək mümkündür?

- Mövsümləri asan və ya çətin deyə bölə bilmərəm. “Qarabağ”ın digər komandalardan üstünlüyü odur ki, uzun müddətdir ki, xeyli vaxtdır biryerdə oynayırıq. Bir-birmizi çox rahat başa düşürük. Təzə gələnlər də kollektivə rahat öyrəşirlər.

- Razısan ki, bu mövsüm “Qarabağ”a ciddi müqavimət göstərən yoxdur?

- Deməzdim ki, digər komandalar “Qarabağ”a rəqabət göstərmirlər. Sadəcə bizdə ruh yüksəkliyi var. Baş məşqçimiz bizi düzgün motivasiya edir. Qurban Qurbanov bizdən hər zaman bacardığımızın ən yaxşısını tələb edır. Həm məşqlərdə, həm də oyunlarda. Bizdən geriləmə yox, inkişaf tələb olunur.

- Sarı vərəqə aldığın epizodu necə dəyərləndirərdin?

- Qol sevincimi bölüşərkən bir qədər çılğınlıq etdim. Bu səbəbdən də “Neftçi”nin qapıçı ilə aramızda gərginlik yarandı. Səhv məndə idi. Ona görə də həm hakimdən, həm də rəqibdən üzr istədim. Qol vurmağımıza baxmayaraq, sevincimi bu şəkildə qeyd etməyə ehtiyac yox idi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30