19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanov: “Əsl futbol gördük”

"Məncə, hamı oyundan razı qaldı. Əsl futbol gördük. İlk hissədə hər iki komanda ehtiyatlı oyun nümayiş etdirdi. İkinci hissədə isə komandalar tempi artırdı". Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 30-cu turunda səfərdə "Neftçi"yə qalib gəldikləri oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

Bu oyunda vacib qələbə qazandıqlarını bildirən Q.Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandırıb: "Şükürlər olsun ki, sonda 3 xal bizim oldu. Bu xal bizim üçün vacib idi. Bu gün futbolçular sonadək mübarizə apardılar. Hər birinə təşəkkür edirəm. Tribunalarda gözəl atmosfer var idi. "Neftçi"yə uğurlar arzulayıram".

- Sona 6 tur qalıb və "Zirə" ilə aranızdakı xal fərqi çoxdur. Növbəti oyunlarda əvəzedici heyətə şans verə bilərsiniz?

- Belə bir fikrim yoxdur. Ancaq hansısa oyunçunun istirahətə ehtiyacı yaranarsa, dəyişiklik ola bilər.

- Qapıçı İbrahim Şehiç açıqlamasında başqa klubdan sərfəli təklif alacağı təqdirdə, qəbul edəcəyini deyib...

- Bu barədə heç bir məlumatım yoxdur. Onun bizimlə müqaviləsi var. Ancaq fikrinə normal yanaşıram. Yeni futbolçu axtarışındayıq. Hər mövqeyə oyunçu transfer etmək istəyirik.

- "Qarabağ" bu oyunda qol imkanlarını sağa-sola xərcləyirdi. Bunun səbəbini nədə görürsünüz?

- Futbolçular bir qədər tələsirdilər. Xüsusən də Muaremin epizodunda. O, həmin epizodun təsirində qaldı və topu qapıya göndərmək yadından çıxdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30