26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Hafiz Məmmədova söz vermişik, sona qədər oynayacağıq”

“Bakı”nın hücumçusu Valeh Seyidov Futbolxeber.az saytına müsahibə verib.

- I divizionun 22-ci turu çərçivəsində “Mil-Muğan”ı 4:0 hesabı ilə məğlub etdiyiniz qarşılaşma haqda nə deyə bilərsən?

- Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Birinci dövrədə bu komandaya 1:3 hesabı ilə uduzmuşduq. Həmin məğlubiyyət bizə çox pis təsir etmişdi. O yenilginin əvəzini çıxmağa çalışırdıq. Həftə boyu güclü məşqlər keçdik. Meydana yalnız qələbə üçün çıxmışdıq. Sonda da istəyimizə çatdıq. Bu qələbə vurduğumuz erkən qolların böyük rolu oldu.

- Bu qələbə sayəsində “Bakı” həm də 2016-cı ildə ilk dəfə 3 xal qazandı.

- Bundan öncəki oyunlarda da qələbə qazana bilərdik. Amma komanda uğursuzluq zolağına düşmüşdü. Hesabda öndə olduğumuz oyunlarda ya qırmızı vərəqə alırdıq, ya da qapımıza penalti təyin olunurdu. Yekunda da qələbəni əldən verirdik. Bu dəfə şansımızı əldən vermədik və qalib gəldik.

- Bu gün het-trik etdin. Dördüncü qolu da vurmağa yaxın olsan da, Kamil Nurəhmədova ötürmə verdin. Həmin epizodda özün niyə qapıya zərbə endirmədin?

- Mən onsuz da bu gün fərqlənmişdim. Ona görə də qərara gəldim ki, komanda yoldaşıma ötürmə verim, o da fərqlənsin. Kimin qol vurması önəmli deyil. Əsas olan komandamızın uğurudur.

- Son zamanlar zədədən əziyyət çəkirdin. Hazırda özünü necə hiss edirsən?

- Artıq özümü yaxşı hiss edirəm. Məşqlərdə tam gücümlə çalışa bilirəm. Bu gün tam gücümlə mübarizə apardım və nəticədə də 3 qol vurdum.

- Komandada əhval-ruhiyyə necədir?

- Hazırda “Bakı”da müəyyən problemlər olduğu məlumdur. Maddi baxımdan bir qədər çətinliklərimiz var. Amma biz pula görə oynamırıq. Bütün gücümüzü meydanda qoyuruq. Hafiz Məmmədova söz vermişik, sona qədər oynayacağıq.

- Mövsüm başa çatdıqdan sonra başqa klubdan təklif gəlsə, “Bakı”nı tərk etməyin mümkündür?

- Bu barədə heç fikirləşməmişəm. Ümid edirəm ki, “Bakı” növbəti mövsümdə Premyer Liqada çıxış edəcək. Gələcəkdə fikrim ölkə xaricində oynamaqdır. Azərbaycanda hələ ki, başqa kluba keçmək barədə düşünmürəm. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30