25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Roman Qriqorçuk: “Bu qələbə bizim üçün çox vacib idi”

Azərbaycan Premyer Liqasının XXX turunun “Qəbələ” - “Rəvan” qarşılaşmasından (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis qələbəni belə şərh edib: “Komandamıza qələbə qazandıran qolları nə vaxt vurmağımızın heç bir əhəmiyyəti yoxdur. Əslində, hesabı daha tez açmalıydıq. Lakin indi bunun fərqinə varmıram. Bu qələbə bizim üçün çox vacib idi. Buna da nail olduq. Ümid edirəm ki, bu qələbə bizə özünəinam, müsbət əhval-ruhiyyə gətirəcək. Çünki son turlarda layiq olduğumuz nəticələri qazana bilməməyimiz futbolçulara da mənfi təsir edirdi. Nəticədə onlar yaxşı əhval-ruhiyyədə olmur, matça lazımi səviyyədə köklənə bilmirdilər. Yaxşı oldu ki, qalib gəlib, bu çətinliyi adlaya bildik. Hər dəfə hakimlik haqda danışmaq istəmirəm. Meydandan kənarlaşdırılmağıma gəlincə, bunu qəbul edirəm. Hakimdən bunun səbəbini soruşdum. O, texniki zona xəttini keçdiyim üçün bu cəzaya məruz qaldığımı bildirdi. Oyunlarımızın təxminən 1/3-də aşkar üstünlüyə malik olub, qol imkanları yaratmışıq. Lakin bu şanslardan yararlana bilmədiyimizdən vacib xallar itirmişik. Qol vəziyyətlərindən istifadə ilə bağlı çatışmazlıqları tam aradan qaldırmamışıq. Bunun üzərində çalışırıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30