24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“İnter”lə oyunda bizi qələbədən başqa nəticə qane etmir”

Qış transfer pəncərəsi dövründə “Kəpəz”ə cəlb olunan Orxan Əliyev artıq adaptasiya dövrünü geridə qoyaraq komandaya tam uyğunlaşıb. Futbolxeber.az saytının məlumatına görə, turdan-tura əvəzedici heyətdə formasını bərpa edən gənc futbolçu indi əsas heyətin üzvlərindəndir. Baş məşqçi ona son üç turda ilk “11-lik”də yer verib. Əliyev kapazpfc.az saytına hər matçda etimadları doğrultmağa çalışdığını deyib: “Şahin Diniyev meydana hazırlıqlı futbolçunu buraxır. Yəqin ki, əvvəllər tam hazır olmadığım üçün kənarda qalmışam. Mənə bəslənən ümidləri doğrultmağa, məşqçinin hər dediyi göstərişə əməl etməyə çalışıram. Şahin müəllim mənə dəstək verir, yol göstərir. Oyundan-oyuna daha yaxşı oynamağımı istəyir. Belə davam etsəm, düşünürəm ki, mənim üçün yaxşı olacaq”.

Orta sahədə çıxış edən futbolçu yarımmüdafiənin hər iki cinahında oynamağı bacarır. Məşqçilər isə ona daha çox sağ cinahda şans verirlər: “Futbola yeni başlayanda sağ və sol cinahlarda mübarizə aparırdım. Sonradan mərkəzə çəkdilər, hücumda oynadım. Mənim üçün harada oynamağımın fərqi yoxdur. Hər iki mövqe rahat olmaqla oynadığım futbola uyğundur”.

Orxan Əliyev komandasının aprelin 16-da Gəncədə çempionatın XXX turunda “İnter” ilə keçirəcəyi oyun haqda da danışıb: “Əhval-ruhiyyəmiz yaxşıdır, məşqlərə və qarşıdakı oyuna ciddi yanaşırıq. Fikrimiz qələbə qazanmaqdır. Çünki evdə bizi başqa nəticə qane etmir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30