20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Xorvatiya millisinin üzvü “Bakcell Arena”nın qazonundan şikayətləndi

"Seçmə mərhələyə yaxşı başladıq. Hətta müəyyən müddət qrupda İtaliyanı da geridə qoyduq. Lakin Azərbaycan və Norveçlə oyunlardakı uğursuzluq baş məşqçi dəyişikliyi ilə nəticələndi". Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Xorvatiya millisinin və Kiyev "Dinamo"sunun futbolçusu Domaqoy Vida deyib.

26 yaşlı futbolçu Avro-2016-nın seçmə mərhələsində Bakıda millimizlə 0:0 bərabərə qaldıqları oyun haqda danışıb: "Əminəm ki, qrupda üçüncü pilləni tutsaydıq belə, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaqdıq. Lakin məsələni uzatmaq istəmədik. Məsuliyyət çox böyük idi. Yaxşı ki, hər şey lehimizə oldu.

Təbii ki, ardıcıl iki görüşdəki uğursuzluğa reaksiya yaxşı olmadı. Düşünürəm ki, bizə qarşı olan tənqidlər ədalətli idi. Hər kəs bizdən maksimum nəticə gözləyirdi, ancaq həmin oyunlara lazımi səviyyədə yanaşmadıq. Azərbaycanla matçdakı uğursuzluğu qazonun bərbad vəziyyətdə olması ilə izah edərdim. Norveçlə oyuna isə istənilən səviyyədə köklənə bilmədik".   

Xatırladaq ki, Azərbaycan - Xorvatiya oyunu “Bakcell Arena”da baş tutub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30