20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Şəhriyar Əliyev: “Bizim gücümüz birliyimizdədir”

“Qısa istirahətdən sonra məşqləri bərpa etmişik. Hər şey qaydasındadır, növbəti turun oyununa hazırlaşırıq”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Şəhriyar Əliyev deyib.

Müdafiəçi Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində “İnter” ilə keçiriləcək matç öncəsi kapazpfc.az saytına açıqlamalar verib: “Uğursuzluğa son qoymaq istəyirik, ona görə də əzmlə məşq edirik. Səhvlərimizi aradan qaldırmağa çalışırıq. Bizim gücümüz birliyimizdədir. Yaxşı nəticələr qazanmağı, Avropaya getməyi biz də istəyirik. Ardıcıl iki matçda uduzduq. Bəlkə bu başa düşüləndir, bəlkə də yox. Çox adam bu hesablarla uduzacağımızı gözləmirdi. Sadəcə, birinci görüşdə bəxtimiz gətirmədi, Ağdam klubu ilə qarşılaşmada isə rəqib çox güclü idi və yaxşı oynadı”.

Əliyev Gəncə azarkeşlərini “İnter” ilə oyuna səsləyib. O, fanatların dəstəyi sayəsində daha yaxşı çıxış etdiklərini vurğulayıb: “Dəstəyə ehtiyacımız var, azarkeşləri stadionda gözləyəcəyik. Biz fanatlarımızla güclüyük. Onlar bizim yanımızda olanda daha güclü oluruq. Gücümüzü bir daha meydanda göstərib, yenidən turnir cədvəlində üçüncü pilləyə qalxmaq istəyirik”.       




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30