25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qarabağ”ın yarımmüdafiəçisi: “Azərbaycan millisinə qarşı oynamaq maraqlı olar”

“Hazırda Makedoniya millisinin durumu Azərbaycanla müqayisədə yaxşı deyil. FİFA-nın reytinq cədvəlində biz Azərbaycandan xeyli aşağı pillədə yer almışıq. Son vaxtlar Makedoniya millisində tez-tez baş məşqçi dəyişikliklərinin də şahidi oldunuz”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri qol.az-a açıqlamasında “Qarabağ”ın makedoniyalı futbolçusu Muarem Muarem deyib.

Azərbaycan və Makedoniya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu haqda fikirlərini bildirən 28 yaşlı yarımmüdafiəçi son vaxtlar yığmaya dəvət olunmamasından da danışıb:  “Məncə, yaxşı oyun olacaq. Bu yoldaşlıq oyununun olacağını eşidəndə sevindim. Ümid edirəm ki, mən də milliyə dəvət alacam. “Eskişehirspor”a keçəndən sonra 4-5 ay futbol oynamadım. Buna görə də bu müddət ərzində milliyə dəvət almamağım təbii haldır.  Yeni baş məşqçinin gəlişindən sonra milliyə dəvət almamışam. Ancaq hazırda Makedoniya millisinə çağırılan futbolçuların əksəriyyəti avrokuboklarda çıxış etməyən klublarda oynayır. Mənim klubum “Qarabağ” isə hər il Avropada sözünü deyir. Buna görə də millidən dəvət gözləyirəm.

Təbii ki, Azərbaycan yığmasına qarşı oyun mənim üçün maraqlı olar. Demək olar ki, komanda yoldaşlarıma qarşı oynayacam. Çünki Azərbaycan millisinin əsasını “Qarabağ”lı futbolçular təşkil edir.  Yoldaşlıq oyunu olacağı üçün bu matçı dəyərləndirmək, hansı komandanın şanslı olduğunu demək çətindir”.

Qeyd edək ki, 2011-ci ildən Makedoniya millisinə dəvət alan Muarem meydana çıxdığı 11 oyunda 4 qol vurub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30