19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Səfərdə ən böyük hesab

Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünün yeni rekordu qeydə alınıb. Futbolxeber.az saytının məlumatına görə, rəqib meydanında “Rəvan”ı 4:0 hesabı ilə məğlub edən “Zirə” çempionatın ən böyükhesablı səfər qələbəsini qazanıb. Bunadək rəqib meydanında qazanılan yeganə böyükhesablı qələbə də “Rəvan”la matça təsadüf etmişdi. Ötən il sentyabrın 25-də “Qəbələ” səfərdən 3 cavabsız qolla dönmüşdü. Mövsümün digər 9 böyük hesabı isə meydan sahiblərinin qələbəsi ilə rəsmiləşib.

Bu, həm də “Zirə”nin Premyer Liqadakı ən böyük fərqlə qalib gəldiyi matç olub. Bunadək yalnız 1 belə qələbəsi olan paytaxt klubu evdə “Neftçi”ni 3 top fərqilə udmuşdu - 3:0. Səfərdə ilk dəfə böyük hesabla qalib gələn “Zirə” bu dəfə daha məhsuldar olub (pfl.az). 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30