19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Bəhmən Həsənov: “Zirə” ilə bir dəfə də oynasaq, rəqibin hücumçusunu ...”

“Zirə” ilə bir dəfə də oynasaq, rəqibin hücumçusunu bombardir edəcəyik. Verdiyimiz hədiyyələr bu gün məğlubiyyətimizə gətirib çıxardı”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə” ilə oyundan sonra “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov deyib.

Həsənov Premyer Liqanın 29-cu turunda “Zirə”yə 0:4 hesabı ilə uduzduqları görüş haqda bunları söyləyib: “Deməzdim oyun zəif oldu. Sadəcə, müdafiədə buraxdığımız birəbir səhvlər səbəbindən uduzduq. Hər oyunda qələbə qazanmaq istəyirik. Amma uduzanda da qapımızda çox qol görürük”.

“Rəvan”ın çalışdırıcısı qeyd edib ki, hazırda yeganə rəqibləri “Xəzər Lənkəran”dı: “Hazırda yalnız “Xəzər Lənkəran”la mübarizə aparırıq. Digər komandaları turnir cədvəlində ötməyimiz real deyil. “Xəzər Lənkəran” da yaxşı komandadı. Sona kimimübarizə aparacağıq. Heyətimizdə yer alan futbolçuların 70 faizinin səviyyəsi Premyer Liqaya uyğun deyil” (CBC-Sport). 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30