29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Samir Abbasov: “Öz adımdan azarkeşlərdən üzr istəyirəm”

“Əvvəlcə xalqımıza başsağlığı verirəm. Son günlər cəbhədə dünyasını dəyişən şəhidlərə Allahdan rəhmət diləyirəm. O ki qaldı görüşə, bu oyunun ədalətli nəticəsi elə heç-heçə idi”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” ilə oyundan sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov deyib.

Gənc məşqçi bildirib ki, komandasında “təmizləmə əməliyyatı”nı davam etdirəcək: “Ötən həftə 3 oyunçunu komandadan uzaqlaşdırdıq. Onların gedişindən sonra futbolçular məşqlərdə tam gücləri ilə çalışdılar. Yanvardan sonra komandamın belə məşq etdiyini görməmişdim. Mövsümün sonunda, ya da elə mövsüm gedə-gedə narazı qaldığımız futbolçuları yenə də komandadan uzaqlaşdıracağıq”.

“Sumqayıt”ın çalışdırıcısı oyunun gedişində yaşlı azarkeşi söyən Ağabala Ramazanovla bağlı tədbir görəcəklərini bildirib: “Mən hadisəyə şahid olmamışam. Amma siz deyirsinizsə, inanıram və bu məsələni araşdıracağıq. Mən öz adımdan azarkeşlərdən üzr istəyirəm. Kiminsə başqasını söyməyə haqqı yox”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31