19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurban Qurbanov: “Ali Baş Komandan hər hansı əmr versə, yerinə yetirməyə hazırıq”

“Bu gün 3 xal qazanmaq üçün istəkli idik. Rəqib son vaxtlar yaxşı formada idi. Komandam nəticə üçün oynamağı bacardı”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan Premyer Liqasının XXIX turu çərçivəsində öz meydanında “Kəpəz”i darmadağın edən ağdamlıların çalışdırıcısı matç haqqında fikirlərini bölüşüb: “Topsuz da yaxşı oynayıb, rəqibin sürətli hücumlarının qarşısını aldıq. Bu gün stadionda futbol ab-havası var idi. Əsgərlərimizi yada salırdıq. Qarşıdakı oyunlara hazırlaşmaq vaxtımız var”.

- “Qarabağ” avrokuboklara potensial namizəddi. İkinci hissədə rəqib lazımi pressinq göstərə bilmədi. Sizi narahat etmir ki, çempionatda 90 dəqiqə sizi oynamağa məcbur edəcək komanda yoxdu?

- Biz indi özümüzü düşünürük. Ola bilər bu gün ikinci hissə asan göründü. İlk yarıda topa daha çox sahib olmağı istəyirdik, amma ikinci hissədə bunu edə bildik. Düşdüyümüz mühitə uyğun olanları yerinə yetirmək istəyirik. Avrokuboklara hələ çox var. Qarşıda bizi hələ çempionat oyunları gözləyir.

- Namiq Ələsgərovu komandaya qaytaracaqsız?

- İcarə müddəti başa çatandan sonra bizim futbolçu olacaq.

- Şahin Diniyev onlara dərs keçdiyinizi dedi. Həqiqətən, “Kəpəz”ə futbol dərsi keçdiyinizi düşünürsüz?

- Komandadan hər oyun nə isə tələb edirəm. Ola bilər bu, bizdə alındı, amma rəqibdə yox. Matçda bir çox epizod var ki, iradlarımı futbolçulara bildirəcəm.

- Sanki Mahir Mədətovun “gözünü qırmısınız”, sizdən çox çəkinir...

- Yaxşı futbolçu olmaq üçün başqa çıxış yolu yoxdu. Hətta ilk yarıda bəzi epizodlara görə iradlarım var. Gənc futbolçunun düşüncələri oyunda olmalıdı. Yaşı azdı, çatışmazlıqları var.

- Stadionda möhtəşəm ab-hava var idi. Özünüzü bölük komandiri kimi hiss etmədiniz?

- Biz daim özümüzü əsgərlərimizin yanında hiss edirik. Orda olmaq istəyirik. Hazırda onlara köməyimiz elə orada olmamaqdı. Ali Baş Komandan hər hansı əmr versə, yerinə yetirməyə hazırıq.

- “Qarabağ” rəqiblərindən bir baş üstündü. Hər dəfə komandanı oyuna çıxarmaq motivasiya baxımından sizə çətin gəlmir?

- Heç bir komandanı özümüzdən zəif saymamışam. Bütün rəqiblərə qarşı komandanı maksimum motivasiya etməyə çalışırıq.

Sonda 17 yaşılılardan ibarət komandamıza da uğurlar arzu edirəm. Bu yaşda futbolçuların yarışını təşkil etmək məncə daha yaxşı oldu. Bu, hamının futbola marağını daha da artıracaq.

Mənbə: apasport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30