19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanov: “Erməniləri qorxuya saldıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov son günlər cəbhədə baş verənlərdən danışıb. Futbolxeber.az saytının məlumatına görə, supersport.az-a açıqlamasında təcrübəli mütəxəssis bunları söyləyib: “Cəbhədə torpaqlarımızın işğaldan azad olunması üçün ordumuz döyüşlərdə qələbələr qazandı və bu, hamımızı sevindirdi. İtkilərə görə çox məyus olduq. Allahdan şəhidlərimizə rəhmət diləyirik.

Çox istərdik ki, münaqişə sülh yolu ilə həll olunsun. Fikrimcə, Müdafiə Nazirliyi, dövlətimiz əsgərlərimiz  üçün doğru addım atdı. Düşmənə öz yerini göstərmək lazım idi. Bir vətəndaş olaraq hər kəsin üzərinə düşən vəzifə var. Qarabağ adı olan yerdə əlimizdən gələnin hətta artığını da etməyə çalışırıq. Mən əvvəlcə də öz fikrimi bildirmişdim ki, ali baş komandanın əmri olsa, biz döyüşməyə hazırıq.

Son vaxtlar cəbhədə atəşkəs elan olunub. Hesab edirəm ki, düzgün qərar verildi. Düşmən bizim qüdrətimizi, gücümüzü gördü, erməniləri bir daha qorxuya saldıq. Bizim mərd oğullarımız, hər cür silahımız var”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30