19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Sumqayıt”ın məşqində şəhidlər anılıb

Növbəti turda "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu istirahəti başa vurub. Futbolxeber.az saytının məlumatına görə, komanda bu gün səhər Sumqayıtda növbəti məşqinə çıxıb. Hazırlıq prosesindən öncə Samir Abasovun rəhbərlik etdiyi komanda son günlər cəbhə xəttində baş verən döyüşlərdə həyatını itirən şəhidlərimizi yad edib.

Ardınca komanda 1,5 saatlıq hazırlığa başlayıb. Qeyd edək ki, son turda "Zirə" ilə qarşılaşmada zədələnmiş Aleksandr Çertoqanov fərdi məşqlərlə kifayətlənib. Bundan başqa, əvəzedici komandadan 4 futbolçu - Mir Emil Həsənov, İlqar Hüseynov, Şahin Əliyev və İsmayıl Babayev də əsas komanda ilə hazırlaşıb.

Qeyd edək ki, "Sumqayıt" - "Qəbələ" oyunu aprelin 9-da saat 14:00-da "Kapital Bank Arena"da baş tutacaq (klub saytı).  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30