25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Toni Adams: “Münaqişənin yenidən alovlanması yolverilməzdi”

“Qəbələ” İdman Klubunun futbol direktoru Toni Adams Azərbaycan - Ermənistan qoşunlarının təmas xəttində atəşkəş rejiminin düşmən tərəfindən pozulması ilə bağlı açıqlama verib. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, o bildirib ki, münaqişənin yenidən alovlanması, mülki şəxslərin yaralanması, qətlə yetirilməsi, eləcə də yaşayış məntəqələrinin dağıdılması yolverilməzdir.

“Mən Azərbaycanda yaşadığım müddətdə dəfələrlə azərbaycanlı məcburi köçkünlərlə görüşmüşəm, onların düçar olduğu problemlərlə yaxından tanışam. Onların dərdinə  şərik çıxıram. Ümidvaram ki, onlar tezliklə öz dogma yurd-yuvalarına qayıdacaqlar. “Qəbələ” İdman Klubunun üzvləri ümid edir ki, Dağlıq Qarabağda sülh bərqərar olacaq. Müharibədə mülki vətəndaşlar heç vaxt hədəf olmamalı, onlar sülh və təhlükəsizlik şəraitində yaşamağa layiqdirlər”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Toni Adams Böyük Britaniyanın ən məşhur və tanınan futbolçulardan biri olub. “Cənab Arsenal” kimi tanınan bu əfsanəvi idmançı 22 illik karyerası müddətində 500 oyunda meydana çıxıb və İngiltərə millisi üçün 66 kubok qazanıb. Həmçinin, o, milli komandanın kapitanı olub. 2010-cu ildən başlayaraq, T. Adams Azərbaycanda çalışır. Əvvəlcə, “Qəbələ” Futbol Klubunun baş məşqçisi vəzifəsində, sonra isə “Qəbələ” İdman Klubunun futbol direktoru kimi fəaliyyət göstərməyə başlayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30