18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Əsgərlərimizin sayəsində futbol oynayırıq”

“Məşqlərimiz öz axarı ilə davam edir. Hazırlığımız yaxşı gedir, üzərimizə düşəni edib, verilən tapşırıqların öhdəsindən gəlməyə çalışırıq”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Tural Nərimanov deyib.

Təcrübəli müdafiəçi Azərbaycan Premyer Liqasının XXIX turunda komandasının qarşılaşacağı “Qarabağ” ilə oyun öncəsi kapazpfc.az saytına açıqlama verib: “Ötən turdakı məğlubiyyət bizim üçün gözlənilməz oldu. AZAL yenilgisini yaxşı nəticə ilə unutdurmaq istəyirik. Bütün hazırlığımız buna hesablanıb”.

Klub tərəfindən son günlər cəbhədə baş vermiş hadisələr səbəbindən şəhid olan hərbçilərimizin əziz xatirəsi anılıb, komandanın heyətində olan xarici futbolçulara vəziyyətlə bağlı dolğun xəbərlər verilib. Nərimanov da yaşananlara münasibət bildirib: “Təbii ki, düşmən tərəfinin addımlarını pisləyirik. Bir tərəfdən igid oğullarımızın şəhid olmasına üzülürüksə, digər tərəfdən onların qəhrəmanlıq göstərərək torpaqlarımızı azad etməsi bizi sevindirir. Əsgərlərimizin sayəsində futbol oynayırıq, onların döyüşdəki qələbələri bizi daha da ruhlandırıb. Mən özüm hərbi xidmətdə olmuşam, futbolçu olmağıma baxmayın, biz də əsgərik. Hər zaman döyüşməyə hazırıq. Vəziyyətlə bağlı legioner olan komanda yoldaşlarımıza da xəbərlər vermişik. Qoy onlar Azərbaycan həqiqətlərini bilsinlər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30