29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Azarkeşlərdən möhtəşəm aksiya: “Tribuna oyaqdı, əsgərlərə dayaqdı”

Bu gün futbol klublarının azarkeşlərinin iştirakı ilə son günlər cəbhə xəttində şəhid olanların ruhuna ehtiram və Azərbaycan ordusuna dəstək məqsədilə möhtəşəm aksiyası keçirilib. Futbolxeber.az saytının aksiyada iştirak edən əməkdaşının məlumatına görə, aksiya 12:00-da "Elmlər Akademiyası" metro stansiyasının qarşısında başlayıb.

Aksiya 500-ə yaxın azarkeşin iştirakı ilə start götürüb. Fanatlar “Tribuna oyaqdı, əsgərlərə dayaqdı”, “Azərbaycan əsgəri, vur, keç səngəri”, “Azərbaycan bir olsun, istəməyən kor olsun”, “Ən böyük əsgər, bizim əsgər”, “Qarabağ bizimdi”, bizim olacaq” və s. şüarlar səsləndiriblər. Zaman keçdikcə aksiya iştirakçılarının sayı durmadan artıb.

Azərbaycan himninin oxunmasından sonra azarkeşlər Şəhidlər Xiyabanının yolunu tutublar. Yol boyu şüarlar səsləndirən fanatların Şəhidlər Xiyabanının qarşısında sayı 3 minə çatıb. Xiyabanı ziyarət etdikdən sonra fanatlar Fəvvarələr meydanına üz tutublar. Meydanda himnin səslənməsi ilə aksiya başa çatıb. Yol boyu kifayət qədər insanın qoşulduğu aksiya insanlar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, polislər də aksiya iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün əllərindən gələni ediblər.

Şübhəsiz, belə bir aksiyanın təşkili, azarkeşlərin əsl birlik nümayiş etdirməsi olduqca gözəl mənzərədir. Fanatların bu ideyasını alqışlayırıq. Möhtəşəm aksiyada “Bakı”, “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Qəbələ”, “İnter”, “Kəpəz”, “Sector 11” fan-klublarının üzvləri aparıcı qüvvə kimi çıxış ediblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31