19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Millimizlə bağlı ŞOK iddia: Qazaxıstanla oyun danışılmış olub!

Azərbaycan yığmasının Antalyada Qazaxıstanla keçirdiyi yoxlama görüşü ətrafında qalmaqal yaranıb. Futbolxeber.az saytının məlumatına görə, Qazaxıstanın fanatik.kz saytı oyunun danışılmış olduğunu iddia edir.

Belə ki, həmkarlarımız komandaların rəhbərliyinin matçın nəticəsini əvvəlcədən razılaşdırdığını və qarşılaşmanın 1:1 hesabı ilə başa çatmalı olduğunu yazıblar: “Azərbaycanla oyundan sonra qalmaqal yaranıb. Şayiəyə əsasən, AFFA-nın nümayəndələri Qazaxıstandan olan həmkarlarına danışığın bir hissəsinə əməl etmədiklərinə görə narazılığını bildirib. Belə ki, Qazaxıstan yığması hesabda 1:0 öndə olarkən, matçın sonlarında cavab qolunu buraxmalı və görüş 1:1 hesabı ilə başa çatmalı idi. Hesabın belə başa çatması üçün Qazaxıstan yığmasının otel xərcləri və məşq meydançasını qarşı tərəf təmin edib. Azərbaycan yığması yenilənmiş və gənc heyətlə oynadığından, heç-heçə onlar üçün qənaətbəxş nəticə sayılacaqdı”.

Qazaxıstan yığmasının Talqardakı bazasının rəhbəri Nizam Hüseynovun oyundan 2 gün sonra vəzifəsindən kənarlaşdırılmasının əsas səbəbi də anlaşmaya əməl olunmamağı göstərilir. Federasiyanın baş katibi Azamat Aytxojin Hüseynovun qovulması haqda qərarı açıqlasa da, sonuncu öz istəyi ilə postundan ayrılması ilə bağlı ərizə yazmaqdan imtina edir.

Deyilənə görə, artıq sabiq baza direktoru sayılan Hüseynov Qazaxıstan və Azərbaycan yığmalarının əvvəlki oyunlarının da danışılmasında iştirak edib. O, Miroslav Beranekin baş məşqçi olduğu dönəmdə hər iki komandasının ev qələbəsi qazandığı vaxt bu işdə vasitəçi olub.

Artıq AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məsələyə münasibət bildirib: “Qazaxıstan mətbuatında Azərbaycan yığması ilə bağlı yayılan xəbər tam cəfəngiyatdı. Belə söhbət olmayıb. Nə oyundan əvvəl, nə də matçdan sonra. İkincisi, onların otel xərclərini və məşq meydançasını bizim təmin etdiyimizi iddia edirlər. Bu da yalandı. Biz onların heç bir xərcini ödəməmişik. Hakimlərin və çəkilişin ödənişi isə yarı-yarıya edilib”.

AFFA rəsmisi əlavə edib ki, yayılan şayiə ilə bağlı Qazaxıstan Futbol Federasiyasına irad bildirmək fikrində deyillər: “Boş şeydi. Cəfəngiyata nə cavab verəsiyik ki?”

Mənbə: apasport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30