20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qarabağ”ın 27-cisi

Azərbaycan Premyer Liqasının XXVIII turu “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov üçün əlamətdar olub. Futbolxeber.az saytının məlumatına görə, “Xəzər Lənkəran”la qarşılaşma milliləşən legioner üçün ölkə çempionatında “göy-qaralar”in heyətində 100-cü olub. Müdafiəçi bu görüşlərdə qol hesabını aça bilməyib. Bədavi “Qarabağ”ın tarixinə bu komandada ən azı 100 çempionat matçına çıxan 27-ci oyunçu kimi düşüb. Cari mövsümdə Riçard Almeyda və Muarem Muarem də bu səddi arxada qoymuşdu.

Qeyd edək ki, “Qarabağ”da 2012/13 mövsümündə debüt edən Hüseynov həmin çempionatda 17, 2013/14 mövsümündə 32, 2014/15 mövsümündə 28 oyun keçirib. Cari mövsümdəki 23-cü görüş “Qarabağ”la 100-cü olub. Ağdam təmsilçisinədək “Sumqayıt”da da oynamış müdafiəçi ümumilikdə Premyer Liqada 126 matçda iştirak edib (pfl.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30