20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AZAL-dan mövsümün ilki

AZAL mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb. Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının XXVIII turunda “Kəpəz”i 3:0 hesabı ilə məğlub edən paytaxt klubu həm də cari mövsümdə ilk dəfə eyni qarşılaşmada 2-dən artıq qol vurub. Əvvəlki 27 görüşdə maksimum 2 top vuran və bu üzdən də böyük hesabla qalib gəlməyən Tərlan Əhmədovun yetirmələri sonuncu uğurunu ötən çempionatda əldə etmişdi. 2014/15 mövsümünün sonuncudan əvvəlki qarşılaşmasında “Simurq”u qəbul edən AZAL 5:0 hesabına sevinmişdi. 2015-ci il mayın 22-dəki görüşdən 317 gün sonra bakılılar 2-dən çox qol vurub və ən azı 3 top fərqli qələbə əldə edib. Ötən çempionatın son matçını da saysaq, AZAL bunu 28 matçdan sonra gerçəkləşdirib.

“Kəpəz” isə mövsümdə ikinci dəfə 0:3 hesabı ilə uduzur. Gəncəlilər 134 gün əvvəl “Qarabağ”la matçda da paytaxtdan böyükhesablı məğlubiyyətlə dönmüşdü.

Bu, AZAL-ın Premyer Liqadakı çıxışları tarixində yubiley - 20-ci böyükhesablı qələbədir. Bakılılar bu göstəricidə 12-cidir. Ən çox belə uduzanlar sırasında 6-cı olan “Kəpəz” isə 33-cü dəfə 3 və daha çox top fərqilə yenilib.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30