19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qriqorçukdan Svanadzeyə insanlıq dərsi: “Azərbaycan xalqının dərdinə şərik çıxıram”

“İlk növbədə Azərbaycan xalqına başsağlığı verirəm. Xalqınızın dərdinə şərik çıxıram və bütün şəhidlərinizə Allahdan rəhmət diləyirəm". Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 28-ci turunda "İnter"lə qolszu bərabərə qaldıqları görüşdən sonar keçirilən mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis son günlər Azərbaycan xalqının 12 şəhid verməsindən təəssüfləndiyini qeyd edib: “Baş verənlərdən təəssüf hissi keçirirəm İnsan həyatı futboldan da önəmlidi”.

Qriqorçukun bu sözlərindən sonra jurnalistlər ona jest olaraq, "Hazırkı məqamda bu fikirləriniz futboldan daha önəmlidir. Bəlkə oyun barədə danışmayasınız" təklifini veriblər. Baş məşqçi isə təkliflə razılaşıb.

Əvəzində "İnter"in baş məşqçisi Zaur Svanadze cəbhə xəttində baş verənlərdən xəbərdar olduğunu bildirsə də, Azərbaycan xalqına başsağlığı verməyi lazım bilməyib: “Mən siyasətçi deyiləm. İstərdim ki, hər iki tərəfdən sakitlik olsun". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30