26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Elmir Vəliyev “Kəpəz”i ziyarət etdi

“Kəpəz” PFK-nın Müşahidə Şurasının (MŞ) sədri Elmir Vəliyev və qurumun üzvü Mikayıl Nərimanoğlu AZAL-la oyunun hazırlığını Bakıda davam etdirən komandanın düşərgəsində olub. Futbolxeber.az saytının məlumatına görə, klub rəhbərliyi “sarı-göylər”in məşq prosesini izləyib, məşqçilər korpusu və futbolçularla görüşüb.

Elmir Vəliyev komanda üzvlərini sonuncu turda “Zirə” üzərində qazanılan qələbə münasibəti ilə təbrik edib. MŞ-nın sədri “Kəpəz”in çempionatda ardıcıl dördüncü qələbəsini qazanmaqla Avropa Liqasına vəsiqə əldə etməyə yaxınlaşdığını bildirib. Vəliyev bu yolda kluba uğurlar arzulayıb.

Mikayıl Nərimanoğlu isə qazanılan qələbələrdə azarkeşlərin rolundan danışaraq komandaya fanatlar tərəfindən göstərilən böyük dəstəkdən bəhs edib (klub saytı). 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30