18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

FIFA pezidenti: “Azərbaycan və Türkiyə 2026-cı il dünya çempionatına ev sahibliyi etmək istəyir”

Azərbaycan növbəti dünya çempionatına ev sahibliyi edə bilər. Futbolxeber.az saytının məlumatına görə, indiyədək güləş, boks, bədii gimnastika və digər idman növləri üzrə mundiallara ev sahibliyi edən ölkəmiz futbol üzrə dünya çempionatı keçirmək iddiasındadı.

Bunu FIFA-nın prezidenti Canni İnfantino açıqlayıb.

Uruqvayın DÇ-2030-a namizədliyinə münasibət bildirən İnfantino qeyd edib ki, ilk növbədə 2026-cı ildə keçiriləcək yarışı düşünmək lazımdı. Onun sözlərinə görə, artıq iddiaçı ölkələr də bəllidi.

Belə ki, bu ölkələr sırasında Azərbaycanla Türkiyənin birgə ev sahibliyi etmək istəyi də var. Həmçinin, Kanada, Meksika, Kolumbiya, Mərakeş, ABŞ, İngiltərə, Qazaxıstan, eyni zamanda Avstraliya ilə Yeni Zelandiya birlikdə mundialı qəbul etmək arzusundadılar. Amma bu istəklərin heç də hamısı müraciətlərini hələlik rəsmiləşdirməyiblər.

Qeyd edək ki, DÇ-2018 Rusiyada, DÇ-2022 Qətərdə keçiriləcək. Azərbaycan isə AVRO-2020-nin final mərhələsinin 4 oyununa ev sahibliyi edəcək.

Mənbə: apasport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30