24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Neftçi” uğursuz seriyanın 6-ya çatmasına imkan vermədi

“Neftçi” Azərbaycan Premyer Liqasındakı qələbəsiz oyunlar seriyasına son qoyub. Futbolxeber.az saytının məlumatına görə, son 5 matçda qalib gəlməyən paytaxt klubu XXVII turun “İnter”lə görüşündə 1:0 hesabına sevinib. Sonuncu dəfə fevralın 13-də “Xəzər Lənkəran”la görüşdə 3 xal qazanan “ağ-qaralar” həmin 1:0 hesablı qələbədən sonra 4 dəfə uduzub, 1 dəfə heç-heçə edib. 47 gündən sonra qalib gələn “Neftçi” cari mövsüm üzləşdiyi 6 matçlıq seriyanın təkrarlanmasına imkan verməyib. Belə ki, Azərbaycanın ən titullu klubu V-X turlarda ardıcıl 6 görüşdə qələbə qazanmamışdı. Həmin müddətdə 3 heç-heçə edib, eyni sayda uduzan bakılıların antirekordu isə mövsümün əvvəlində rəsmiləşib. Ötən çempionatın son 7 oyununda qələbəyə həsrət qalan “Neftçi” cari mövsümün ilk 2 turunda bu seriyanı 9-a çatdırmışdı. 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30