20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Xəzər Lənkəran”ın 149 günlük həsrəti bitdi

Azərbaycan Premyer Liqasında ardıcıl 15 tur qol vura bilməyən “Xəzər Lənkəran”ın uğursuz seriyası qırılıb. Futbolxeber.az saytının məlumatına görə, əyalət klubu XXVII turun “Sumqayıt”la səfər oyununun (1:2) 49-cu dəqiqəsində qolsuzluğa son qoyub. Rəqib qapısına yol tapan Zaman Mirzəzadə 149 gündən sonra komandasının azarkeşlərinə qol sevinci yaşadıb. Lənkəran təmsilçisinin heyətində sonuncu dəfə 2015-ci il noyabrın 2-də səfərdə “Rəvan”a 1:0 hesabı ilə qalib gəldiyi matçda, Elnur Cəfərovun 80-ci dəqiqədə fərqlənmişdi. Komandanın 1409 dəqiqə davam edən 15 turluq seriyası ölkə çempionatları tarixinin antirekordudur. Cari mövsümədək ən uzun qolsuz seriya Sumqayıt “Xəzər”inə məxsus idi. 2003/04 mövsümündə “Gənclik şəhəri” klubu 9 oyun qol vura bilməmişdi. 2004/05 mövsümündə MOİK, 2010/11 mövsümündə isə “Kəpəz” 8 turluq seriyaya üzülmüşdü.

Xatırladaq ki, “Sumqayıt” – “Xəzər Lənkəran” matçında meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib (pfl.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30