29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rasim Ramaldanov: "Bu gün heç-heçə də bizim üçün pis nəticə sayılacaq"

Milli komandamızın müdafiəçisi Rasim Ramaldanov Futbolxeber.az saytına müsahibə verib.

- Bu gün millimiz dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq. Lüksemburqla görüşdən nə gözləyirsən?

- İnanıram ki, bu gün qələbə qazanacağıq. Allahın köməkliyi ilə istəyimizə çatacağıq.

- Səncə, bugünkü oyunda qələbə qazanmaq üçün nə etmək lazımdı?

- İlk növbədə rəqib qapısına doğru kəskin hücumlar qurmalıyıq. Eləcə də sürətli futbol sərgiləməliyik. Sürətli oynayacağımız halda qələbə bizim olacaq.

- Bugünkü oyunda səni meydanda görə biləcəyik?

- Heyətlə bağlı heç nə deyə bilmərəm. Deyə bilmərəm ki, oynaya biləcəm, ya yox. Ümumiyyətlə, heyətlə bağlı hələ ki heç nə bilinmir. Təbii ki, məşqçi məsləhət bilsə, meydana çıxacağam və əlimdən gələni edəcəyəm ki, qələbə qazanaq.

- Millimizin kapitanı Rəşad Sadıqovun durumu nə yerdədir? Bu gün o meydana çıxa biləcək?

- Rəşadın durumu yaxşıdır. Yəqin  ki, bu gün oynacaq.

- Bu sualı əbəs yerə vermədim. Çünki ehtimallara görə, müdafiənin mərkəzində Rəşad Sadıqovla məhz sən qərarlaşacaqsan...

- Yenə deyirəm, heyətlə bağlı nəsə deyə bilmərəm. Yekun qərarı baş məşqçi verəcək.

- Aydın məsələdir ki, bu gün hər kəs millidən qələbə gözləyir. Mütləq qələbə - bu məqam sizdə bir qədər narahatçılıq yaratmır ki?

- Biz də məhz qələbəyə köklənmişik. Bu komandanı mütləq udmalıyıq. Lüksemburqla matçda, özü də evde heç-heçə də bizim üçün pis nəticədir. Buna görə də ancaq qələbə qazanmaq lazımdır. Bunun üçün isə heyətdəki futbolçuların hamısı tam gücünü meydançada qoymalıdır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31