19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Xəzər Lənkəran” “Sumqayıt”la oyuna itki ilə çıxacaq

Azərbaycan Premyer Liqasının XXVII turunda “Sumqayıt”la qarşılaşacaq “Xəzər Lənkəran” matçın hazırlığını davam etdirir. Futbolxeber.az saytının məlumatına görə, 3 günlük ev proqramından sonra futbolçular ayın 26-dan etibarən, baş məşqçi Elbrus Məmmədovun sərəncamındadılar. “Sumqayıt”la matçdan öncə “Xəzər Lənkəran” heyətlə bağlı problemlə üzləşib. Belə ki, komandanın əsas heyət üzvlərindən olan Vüqar Bəybalayev zədələnib.

Dizindən xəsarət alan yarımmüdafiəçini həkimlər oyuna qədər hazır vəziyyətə gətirməyə çalışırlar. Lakin Vüqarın “Sumqayıt”la matça kimi sıraya dönəcəyi inandırıcı görünmür. Bunu əməkdaşımızla söhbətində “ağ-yaşıllar”ın baş məşqçisi Elbrus Məmmədov da təsdiqləyib. O bildirib ki, Bəybalayevin Sumqayıt səfərində meydana çıxmaq ehtimalı olduqca azdı.

Qeyd edək ki, martın 30-da keçiriləcək “Sumqayıt” - “Xəzər Lənkəran” görüşü saat 17:00-da başlayacaq (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30