25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Prosineçkinin menyusuna (YAZI)

Belə bir təəssürat yaradılıb ki, yoldaşlıq görüşü olduğu üçün Robert Prosineçki çoxlu əvəzetmələrlə kifayət qədər eksperiment apardı və bu, gələcək qərarlarçün çox faydalıdır və s.

Yoldaşlıq görüşü olanda nə olar - eksperimentlə paralel, bu matçın FIFA reytinqinə təsir göstərdiyini də unutmamalıdır məşqçilər. Həm bu, yoxlama matçı deyil, yoldaşlıq görüşüdür. Yoldaşlıq oyunlarında nəticənin vacib olmaması fikri yanlışdır.

Yoldaş Prosineçki ölkə çempionatını çox yaxşı izləyir. Onun bu matçdakı start heyəti idealda ən azı üç mərtəbə aşağıda oldu. Həm taktiki düzülüş tərzinin oyuniçi rabitənin alınamamasında əsas səbəb olmasını da qeyd edərdim.

Əvəzetmələrdə "yaralı barmağa" sarğı vurmadığı göründü. Meydandan çıxanın əvəzinə oyuna girənin ümumi ansmbla adaptasiyası alınmırdı. Hətta Namiq Ələsgərov kimi, formasının pikinə yaxınlaşmaqda olan oyunçu Əfranı əvəzləyəndən sonra meydanda ha var-gəl eləsə də, oyunuyla hansısa bəlli forma cıza bilmədi.

Qazaxıstan komandasının, demək olar, hamısı yerli çempionatda oynayır. Çempionatın yeni mövsümü cəmi 2 turdu start götürüb. Deməli, yığmaya çağırılanların oyun praktikası bizimkilərə nisbətən  aşağı idi.

Ancaq oyunda bunu hiss edə bilmədik. Bilirsiz niyə?

Əsas amil o idi ki, rəqib baş məşqçi əvəzetmələri doğru və vaxtında edirdi. Üstünlük yaradan oyun tərzi hər əvəzetmədən sonra pisə doğru dəyişmədi, əksinə...

Biz dünəki oyunda fiziki və taktiki-teexniki - yəni tam formada uduzmuşuq. Bunu ciddi təhlil eləmək, dəyişiklik yaradacaq qeydlər götürmək lazımdır.

Bizim komandanın hücum xəttinin yox kimi olmasını məhz gücü cinahlara qoymaqla kompensasiya eləmək olardı. Ancaq Prosineçki əsl cinahlıq Arazı mərkəzə tərəf çəkmişdi. Uğursuz eksperimentlər seriyasının başında bu, ayağında isə dayaq yarımmüdafiəsinin zəif qurulması idi. Azərbaycan futbolunda hər nahiyədə problem, çatışmazlıq olar, ancaq dayaq yarımmüdafiəsinə namizəd baxımdan həmişə bolluq olub. Lakin Robi bu mövqedə cəmi bir oyunçu ilə kifayətlənmişdi.

Çempionatı Foqts kimi izləməsəydi, bu alaçiy qərarları bu qədər təəccüb doğurmazdı...

Elçin, Futbolpress.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30