20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Abışov: “Hələ ki, səbr edirəm”

Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışov Qazaxıstan yığması ilə (0:1) yoldaşlıq görüşü ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:

- Düşünmürsünüz ki, bir həftəlik toplanış boşa getdi?

- Yoldaşlıq oyunu olmasına baxmayaraq, qələbə qazanmaq üçün hazırlaşırdıq. Amma həmişəki kimi, standart vəziyyətdən top buraxdıq. Real qol şansımız olmasa da, çalışırdıq ən azı hesabı bərabərləşdirək. Ancaq alınmadı. Qarşıda Avstriya toplanışı var. Yaxşı hazılaşmalıyıq ki, belə səhvlər buraxmayaq.

- Məğlubiyyətə səbəb nə oldu? Qazaxıstan bizdən daha güclü idi?

- Bu matçı biz qazansaydıq, daha yaxşı olardı. Bilirdik ki, reytinq cədvəlinə təsir edəcək. Bunun üçün şansımız var idi. Artıq oyun bitib, bu barədə danışmağın mənası yoxdu. Əgər biz epizodları qola çevirə bilmiriksə, bəxtdən söhbət gedə bilməz. Burda ustalıq, peşəkarlıq lazımdı.

- Hiss olunurdu ku, hücumun müsbət sonluqla nəticələnməsi yönündə problem var...

- Bu barədə heç nə deyə bilməyəcəm. Komandanın baş məşqçisi var. Əlbəttə ki, məşqçilər korpusu oyunları təhlil edir. Səhvləri onlar yaxşı görürlər. Hansı mövqedə səhvlər olduğunu görüb, aradan qaldıracaqlar.

- Öz oyununuzdan necə, razı qaldınız?

- Açığı, belə oynayacağımı gözləmirdim. Çünki matçın sonuna 15 dəqiqə qalmış meydana çıxdım. Gücüm çatanı elədim. Hələ ki, səbr edirəm. Çalışacam bundan sonra hər şey daha yaxşı olsun.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30