19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Prosineçki Kroyffun ölümündən danışdı

“Yohan Kroyffun ölüm xəbərini eşidəndən sonra çox pis oldum”. Futbolxeber.az saytının məlumatına görə, bunu milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

Əfsanəvi hollandiyalı Yohan Kroyff uzun sürən xərçəng xəstəliyinə yenik düşərək, 68 yaşında vəfat edib. “Barselona”nın tətbiq etdiyi “tiki-taka” sisteminin banisi olan Kroyff eyni zamanda Prosineçkinin baş məşqçisi də olub.

1988-1996-cı illərdə Kataloniya klubunu çalışdırmış “uçan holland”ın istəyi ilə rəhbərlik 1995-ci ildə “Ovyedo”dan Prosineçkini transfer edib. Lakin bir mövsümün ardından Kroyffla yanaşı, xorvatiyalı da komandanı tərk edib.

Prosineçki sabiq çalışdırıcısını bu cür xatırlayır: “Son günlər onun vəziyyətinin çox pis olduğunu bilirdim. Çünki yaxınları ilə müntəzəm ünsiyyətdə olur, durumu ilə maraqlanırdım. Kroyffun ölümü dünya futbolu üçün böyük itkidi. Çünki o, dahi insan və möhtəşəm futbolçu idi”.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Ayaks” və “Barselona”da bir çox titullar qazanmış Yohan Kroyff Hollandiya yığmasının heyətində 1974-cü ildə dünya çempionatının ikincisi, 1976-cı ildə isə Avropa çempionatının üçüncüsü olub. Məşqçi kimi o, “Ayaks”la “Barselona”ya Hollandiya və İspaniyada çempionluq və ölkə kuboku ilə yanaşı, UEFA Kubokunu da qazandırıb.

Mənbə: newsport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30