20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Meydana qələbə üçün çıxacağıq”

Azərbaycan yığmasının yarımmüdafiəçisi Namiq Ələsgərovun müsahibəsi

- Qazaxıstanla keçiriləcək yoldaşlıq görüşünün hazırlığını artıq yekunlaşdırmısınız. Hazırlıq necə alındı?

- Toplanış çox yaxşı keçdi. Bildiyiniz kimi, Qazaxıstanla oyun yoldaşlıq görüşü xarakteri daşıyır. Buna baxmayaraq, matça ciddi hazırlaşırıq. Qələbə qazanmağa çalışacağıq.

- Zədənizlə bağlı hansıs bir probleminiz qalmayıb?

- Düzdü, ayağımda bir qədər ağrılar oldu. Bu üzdən ilk vaxtlar komanda ilə birgə məşq etmədim. Ancaq indi hər şey normaldı. Kollektivlə son hazırlıqlarda iştirak etdim.

- Uzunmüddətli fasilədən sonra yenidən milli komandaya qayıtdınız. Baş məşqçinin etimadını doğruldacağınıza inanırsınızmı?

- Əlbəttə ki, yığmaya yenidən çağırıldığım üçün çox sevinirəm. Çünki uzun müddət idi millidən kənarda qalmışdım. Ağır zədədən sonra əvvəlki formamı bərpa edib, yenidən yığmaya dönmək üçün çox çalışdım. O ki qaldı Qazaxıstanla oyuna, baş məşqçi şans versə, təbii ki, əlimdən gələni edəcəm. Həm özümü meydanda yaxşı tərəfdən göstərməyə, həm də komandaya xeyir verməyə çalışacam.

- Qazaxıstanın güclü və zəif cəhətlərini təhlil etmisinizmi?

- Bəli, təhlil etmişik. Yoldaşlıq oyunu olsa da, rəqib barədə ətraflı məlumat toplamışıq. İstənilən halda, meydana qələbə üçün çıxacağıq.

Mənbə: apasport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30