18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Robert Prosineçki: “Bizi güclü və ciddi rəqib gözləyir”

Sabah yoxlama oyununda Qazaxıstanla üz-üzə gələcək milli komandamızın baş məşqçisi bu gün matçın oynanılacağı Antalyada azərbaycanlı jurnalistlər üçün brifinq keçirib.

- Qazaxıstan yığması ilə sabahkı görüşdə sizin üçün nəticə, yoxsa oyun sisteminin təkmilləşməsi vacibdi?

- Hər oyun bizim üçün vacibdi. Təbii ki, istər yoldaşlıq görüşü olsun, istərsə də rəsmi matç, biz hər bir oyunda meydana uğurlu nəticə üçün çıxırıq. Artıq 6 gündü təlim-məşq toplanışı keçirik. Komandamın hazırlıq səviyyəsindən razıyam. Oyunumuzu getdikcə təkmilləşdiririk. Son görüşümüzü yaxşı keçirmişdik. Bunu Qazaxıstanla matçda da davam etdirmək istəyirik.

- Rəqib barədə hansı məlumatlar toplamısınız?

- Rəqibin son iki oyununu izləmişəm. Xüsusən də, Latviya ilə görüşü qeyd edərdim. Latviya ilə son qarşılaşmada Qazaxıstan yığması güclü təsir bağışlamışdı. Güclü və ciddi rəqib bizi gözləyir. Bir sözlə, maraqlı mübarizə olacaq.

- Son yarım ildə millidə müəyyən dəyişikliklər oldu. Xüsusən də, gəncləşdirmə siyasəti aparıldı. Komandanın hazırkı heyətinin durumu ürəyinizcədimi?

- Artıq bir il 3 aydı ki, bu komandanı çalışdırıram. Bu müddətdə xeyli müsbət iş görmüşük. Heyətə gənc futbolçular cəlb etmişik. Təcrübəli oyunçular da komandaya kömək edirlər. 3 futbolçunu heyətə cəlb edə bilmədik. Xüsusən də, Rahid Əmirquliyev və Eddi israfilovu qeyd etmək istərdim. İkincinin klubu “Kordoba”da çox vacib çempionat oyunu olacaq. Bu üzdən baş məşqçiləri Eddini çağırmamağımı xahiş etdi. Rahidlə Eddi AVRO-2016-nın seçmə mərhələsindəki oyunlara müntəzəm dəvət alan futbolçular idi. Fikrimcə, gənc və təcrübəli oyunçuların vəhdətindən yaxşı kollektiv formalaşdıra bilmişik.

- DÇ-2018-dəki şanslarınızı necə dəyərləndirirsiniz?

- Seçmə mərhələdə çox çətin qrupa düşmüşük. Almaniya, Çexiya, İrlandiya, Norveç və San Marino ilə mübarizə aparacağıq. Bu qrupdakı komandalardan 3-ü Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Çox güclü qrupdu. Əlimizdən gələni edəcəyik.

Mənbə: newsport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30