20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Yığmamızın ardıcıl ikinci dəfə finala yüksəlməsi yaxşı nəticədir"

AFFA-nın prezidenti Rövnəq Abdullayev III Caspian Cup beynəlxalq turniri ilə bağlı affa.az saytına fikirlərini bildirib:

"Mayın 29-dan iyunun 5-dək olan müddətdə ölkəmizin futbol ictimaiyyəti AFFA-nın təşkil etdiyi kifayət qədər maraqlı bir turnirin oyunlarına şahidlik etdi. Tam əminliklə demək olar ki, III Caspian Cup yüksək səviyyədə təşkil olundu. Artıq ənənə halını almış bu turnirin müxtəlif qitələrdən olan iştirakçıları təşkilati işlərlə bağlı razılığını dəfələrlə bildirib, növbəti illərdə bu yarışda çıxış etməyi arzuladıqlarını dilə gətiriblər.

İlk dəfə 2010-cu ildə keçirilmiş Caspian Cup böyük marağa səbəb oldu. Bu il isə iştirakçı komandaların sayı 12-ə çatdırıldı. Turnirin əhəmiyyətli cəhətlərindən biri də müxtəlif qitələri təmsil edən, ayrı-ayrı futbol xüsusiyyətlərinə malik olan komandaların burada mübarizə aparmasıdır. ABŞ, Yaponiya, Uruqvay, Türkiyə və digər yığmaların oyunu böyük marağa səbəb oldu.

III Caspian Cup turniri çərçivəsində keçirilmiş oyunları Azərbaycanla yanaşı, müxtəlif qitələrdə yerləşən ölkələrin futbol azarkeşləri də canlı izləyə bildilər. Onlara bu imkanı İdman Azərbaycan televiziya kanalı ilə yanaşı, affatv.az saytı da yaratdı.

Nəticələrə gəlincə, Türkiyə yığmasını III Caspian Cup beynəlxalq turnirinin qalibi olması münasibətilə təbrik edirəm. Türkiyəli futbolçular bu turnirin tarixində ikinci dəfə kuboku başları üzərinə qaldırdılar.

Azərbaycan yığmasının ardıcıl ikinci dəfə finala yüksəlməsi yaxşı nəticədir. Komandanın əldə etdiyi nəticələrdəki sabitlik inkişafın göstəricisidir.

Caspian Cup turnirinin keçirilməsi barədə FIFA və UEFA müvafiq qaydada məlumatlandırılır və beynəlxalq futbol qurumları ölkəmizdə belə bir beynəlxalq yarışın keçirilməsini yüksək qiymətləndirir. Bu amil gələcəkdə Azərbaycanda qitə və dünya miqyaslı turnirlərin təşkil olunmasına müsbət təsirini göstərəcək.

Caspian Cup beynəlxalq turnirinin qarşıdakı illərdə də müvvəffəqiyyətlə təşkil olunacağına ümid edir, iştirakçılara təşəkkürümü bildirir və bütün qalibləri bir daha təbrik edirəm".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30