24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Ölkə kanallarından biganəlik: Rusiya - Azərbaycan oyununa necə baxaq?

21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Avro-2017-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. Futbolxeber.az saytının məlumatına görə, Yaşar Vahabzadənin komandası səfərdə Rusiya ilə qarşılaşacaq. Ötən il Bakıda bu komandalar arasında baş tutan oyun yığmamızın 3:0 hesablı qələbəsi ilə tamamlanıb. Həmin nəticə Rusiyada böyük əks-səda doğurmuşdu. Darmadağını həzm edə bilməyən ruslar məhz Bakıdakı yenilgidən sonra Dmitri Xomuxanı baş məşqçi postundan uzaqlaşdırmışdılar. Rostovda keçiriləcək oyuna şimal qonşularımız çox böyük önəm verirlər. Rəqibin heyətində azərbaycanlı və erməni futbolçuların olması görüşə marağı daha da artırır. Bir sözlə, bugünkü oyuna maraq kifayət qədər böyükdü. Lakin təəssüflər olsun ki, bu cür böyük maraq doğuran görüşə Azərbaycan telekanalları biganəlik nümayiş etdirirlər. Ölkədə 2 idman kanalı fəaliyyət göstərsə də, onlardan heç biri sözügedən matçı tamaşaçılara təqdim etməyəcək. Böyük ehtimalla, rusların yayım üçün pul tələb etməsi idman kanallarımızın qarşısında qırmızı işıq yandırıb. Amma sıravi tamaşaçı üçün bu məqam əhəmiyyət kəsb etmir. Tamaşaçı oyuna canlı baxmaq istəyir və onun bu tələbi tam haqlıdı.

Bəs, Rusiya - Azərbaycan görüşünə necə baxmaq olar? Matçı Rusiyada “МАТЧ! Футбол 1” kanalı canlı olaraq yayımlayacaq.

Qeyd edək ki, görüş 20:30-da başlayacaq.

  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30