23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qarabağ”ın üzvündən yubiley qolu

Azərbaycan Premyer Liqasında mövsümün yeni rekordu qeydə alınıb. Futbolxeber.az saytının məlumatına görə, XXVI turun 5 qarşılaşmasında 18 qol vurulub. Bu da mövsümün ən yüksək məhsuldarlığıdır. Qollardan 6-sı “Zirə” - AZAL (4:2), 5-i “Neftçi” - “Kəpəz” (2:3) oyununa təsadüf edibsə, “Qəbələ” - “Qarabağ” (1:2) və “Rəvan” - “Sumqayıt” (1:2) qarşılaşmalarının hərəsində 3 top vurulub. “Xəzər Lənkəran” - “İnter” görüşü turun ən az qol vurulan matçı olub. Qonaqların 10, meydan sahiblərinin 8 dəfə fərqləndiyi turda orta məhsuldarlıq 3,6-ya bərabər olub.

Bu turadək mövsümün rekordu 3-ə bərabər idi. Belə ki, VII və XII turların hərəsində 15 qol vurulmuşdu. Bu dəfə 3 top artıq qeydə alınıb. XXVI turun məhsuldarlığı həm də son 16 ayda ən yüksək nəticədir. Sonuncu dəfə belə və ya daha yüksək məhsuldarlıq 2014-cü il noyabrın 20-də baş tutan 2014/15 mövsümünün XII turuna təsadüf etmişdi. Həmin vaxt 4 matçda 17 qol vurulmuşdu - 4,25.

Qeyd edək ki, cari mövsümün 250-ci qolu da arxada qalan tura təsadüf edib. “Qəbələ” - “Qarabağ” matçında qonaqların qələbə qoluna imza atan Mahir Mədətov yubiley topuna imza atıb.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30