20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qarabağ”a qol vuracağıma inanıram”

Azərbaycan Premyer Liqasının XXVI turunda “Qəbələ” “Qarabağ”la qarşılaşacaq. Futbolxeber.az saytının məlumatına görə, bu, komandalar arasında 37-ci görüş olacaq. İndiyədək 8 qələbə qazanan “qırmızı-qaralar” 15 dəfə heç-heçə edib və 13 dəfə məğlub olub. Rəqiblərin son 5 oyununda uduzmayan “Qəbələ” bu matçlarda meydanı qolsuz da tərk etməyib. Heç-heçənin qeydə alındığı son 3 qarşılaşmada da azarkeşlər qol sevinci yaşayıb. Ötən il dekabrın 19-da keçirilən sonuncu qarşılaşmada (1:1) “Qəbələ”nin qoluna Ermin Zets imza atıb. “Qırmızı-qara” formada keçirdiyi 28 oyunda 7 dəfə fərqlənən bosniya və herseqovinalı hücumçu gabalafc.az-a açıqlamasında liderlə görüşdə yenə qol vurmağa iddialı olduğunu bildirib:

“Cari mövsümdə “Qarabağ”la iki dəfə qarşılaşmışıq. Bu üzdən bir-birimizi yaxşı tanıyırıq. Son matçda komandamın qoluna mən imza atmışdım. Yenə onların qapısına qol vuracağıma inanıram. Əlbəttə ki, bizi çox çətin oyun gözləyir. Çünki “Qarabağ” ölkənin ən yaxşı komandalarından biridir. Onlar bunu mövsümün arxada qalan hissəsində də göstəriblər. Biz əksər oyunlarda imkanlarımızdan istifadə edə bilməmişiksə, “Qarabağ” bütün şanslardan yararlanıb və bu üzdən Premyer Liqanın lideridir. Biz bu qarşılaşmaya qələbə qazanmaq üçün çıxacağıq. Əminəm ki, bunu bacara bilərik. Bu, bizim üçün çox vacib oyundur. Doğma meydanımızda oynamağımız da bizə əlavə üstünlük verir. Qalib gəlib, azarkeşlərimizi də sevindirməliyik”.

Zets XXV turun “Zirə” ilə ev oyunundakı 1:2 hesablı məğlubiyyət və bu üzdən də qalib gəlməli olduqlarını da qeyd edib: “Zirə”yə məğlubiyyətdən sonra 3 xal qazanıb, öz yolumuza uğurla davam etdirmək istəyirik. Həmin matça gəlincə, belə olmamalı idi. Belə yenilgini qəbul etmək də çox çətindir. Bütün oyunu daha yaxşı oynasaq da, sonda məğlub olduq. Bu halla ilk dəfə rastlaşmırıq. Dəfələrlə daha yaxşı çıxış etdiyimiz matçlarda xallar itirmişik. Belə məğlubiyyət azarkeşlərimiz, özümüz, hamı üçün çox gözlənilməz oldu. Həmin uğursuz oyundan sonra bütün futbolçular meydanda var qüvvəsini qoyacaq ki, qələbə qazanaq. Nəyə qadir olduğumuzu göstərmək üçün qalib gəlməliyik”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30