25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Reynaldo məşqlərə başladı

Təxminən 5 aydır yaşıl meydanlarda kənar qalan “Qarabağ”ın braziliyalı hücumçusu Reynaldo artıq sağalmaq üzrədir. Futbolxeber.az saytının “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə,  26 yaşlı oyunçu komanda ilə birlikdə məşqlərdə iştirak edir.

Baş məşqçi Qurban Qurbanov martın sonlarından etibarən az-az da olsa, futbolçuya şans verməyə başlayacaq. Bundan başqa, yenicə əməliyyat olunan Rahid Əmirquliyev isə hələ ki, bərpa prosesi keçir.

Əzələsindəki məlum problemlərə görə “Sumqayıt”la matçı tribunadan izləyən Rəşad Sadıqov da komanda ilə birgə məşq edir. Onun növbəti turda “Qəbələ” ilə matçda iştirak edib-etməyəcəyi hələ bəlli deyil.

Qeyd edək ki, sözügedən matç martın 19-u, saat 15:00-da Qəbələ şəhər stadionunda start götürəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30