25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Zirə” bəyanat yaydı

“Zirə” klubu bəyanat yayıb. Futbolxeber.az saytının məlumatına görə, məlumatda deyilir:

- Özünü menecer kimi təqdim edən bəzi adamlar son vaxtlar klublarımız adından ölkəyə İrandan futbolçu dəvət edərək onları aldadır. Bu cür işbazlar “Zirə” PFK-nın da adından istifadə edərək qonşu ölkədən olan futbolçu və menecerləri aldadıblar. Bununla bağlı məlumat klubumuza daxil olduqdan sonra araşdırma apardıq və məlum oldu ki, İranlı futbolçudan “Zirə” ilə müqavilə qarşılığında pul alan həmin şəxslər saxta sənədlər də hazırlayıblar. Hamıya məlumdur ki, bir müddət öncə “Kəpəz” PFK da eyni halla qarşılaşmışdı. Bu da onu göstərir ki, futbolçu və menecerlərin etibarından sui-istifadə edənlərin sayı az deyil. Belə halların qarşısını almaq üçün hər kəsi daha diqqətli olmağa və transfer məsələlərinə peşəkar səviyyədə yanaşmağa çağırırıq.

Bildirmək istəyirik ki, “Zirə” PFK və digər klubların əlaqə saxlamaq, hər hansı suala aydınlıq gətirmək üçün bəlli hüquqi ünvanı, ofisi, telefon və elektron ünvanı var. İstənilən peşəkar  klubdan təklif alan futbolçu, onun meneceri rəsmi şəkildə klublarla əlaqə saxlaya və məsələni peşəkar səviyyədə araşdıra bilər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30