19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Fariz Nəcəfov: “Azarkeş probleminin həllində köməyinizə ehtiyacımız var”

Qəbələdə eyniadlı klubun təşkilatçılığı ilə rayon ziyalıları və veteran futbolçularla keçirilən görüşdə “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov çıxış edib. Futbolxeber.az saytının məlumatına görə, ictimaiyyətlə əlaqələrin klubun həyatında önəmli yer tutduğunu söyləyən Nəcəfov klubun azarkeşlərə ehtiyac duyduğunu deyib və ziyalıları, futbol veteranlarını “Qəbələ”nin ətrafında daha sıx birləşməyə çağırıb: “Qarşısına böyük klub olmağı hədəf qoyan bir komanda üçün azarkeş faktoru ən vacib məsələdir. Bu mənada problem yaşadığımız heç birinizə sirr deyil. Azarkeş probleminin həllində köməyinizə ehtiyacımız var. Bu səbəbdən əməyimizi, gücümüzü birləşdirməliyik. Futbol veteranlarımız gənc yaşlarında regionda futbolun inkişafına çalışıblar. İndi isə “Qəbələ”nin oyunlarına gəlməklə dəstəklərini əsirgəmirlər. Biz onların səylərini dəyərləndiririk. Stadionumuzda onlar üçün xüsusi yerlər ayrılacaq ki, oyunları rahat şəkildə izləyə bilsinlər. Biz bu gün veteran futbolçulara dəyər verməliyik. Gənc futbolçularımız da bu duruma şahidlik edərək gələcəkləri barədə əminlik və rahatlıq duymalıdırlar”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30