26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Qriqorçuk: “Çox vacib xallar itirdik”

Az Premyer Liqasının XXV turunun “Qəbələ” – “Zirə” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis görüşlə bağlı bunları deyib: “Rəqibi təbrik edirəm. Çox vacib xallar itirdik. Bu da mənfi məqamdır. Düşünmürəm ki, məğlubiyyətə layiq idik. Təəssüf ki, belə alındı. Rəqib bizim müdafiədəki azsaylı səhvlərdən yararlanıb, qələbə qazandı. “Zirə” ilə 3 çempionat və 2 kubok oyunundan ümumiləşdirib danışmazdım. Hər oyuna ayrılıqda baxırıq. Premyer Liqada qalib gələ bilmədiyimiz 3 oyundan heç birində rəqib bizdən üstün olmayıb. Onların hamısında qalib gəlməli idik. Bu dəfə də istisna olmadı. Qalib gəlmək üçün həm yaxşı oynamalısan, həm də hadisələrin axarı uğurlu olmalıdır. Bu uğur, nə də digər məqamlar lehimizə oldu. Az səhv etsək də 2 top buraxdıq. Biz çox nadir hallarda 2 qol buraxırıq. Bu gün də belə oldu. Ayağında ağrılar olduğundan Aleksey Qayı məcburi əvəzlədik. O, bizim üçün vacib oyunçudur. Bu, məğlubiyyətə səbəblərdən biri idi. Lakin mükafatlar uğrunda mübarizə aparan komanda bir oyunçudan asılı olmamalıdır. Onun yoxluğunda da ciddi fərq görmədim. Deməzdim ki, ikinci hissədə pis oynadıq. Çünki qol imkanlarımız oldu. Rəqib isə səhvlərdən uğurla istifadə etdi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30