19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Kəpəz”in müdafiəçisi: “Kim daha hazırlıqlıdısa, ona da şans verilir”

“Rəqibin kimliyinin fərqi olmamalıdır. Liderlərə qarşı necə hazırlaşırıqsa, aşağı pillələrdə gedən komandalara da qarşı o cür məşq etməliyik”. Futbolxeber.az saytının məlumatına görə, bu sözlər “Kəpəz”in futbolçusu Tural Nərimanova məxsusdur.

Müdafiəçi kapazpfc.az saytına komandasının Azərbaycan Premyer Liqasının XXV turunda qarşılaşacağı “Xəzər Lənkəran” ilə oyun haqda danışarkən belə deyib: “Əhval-ruhiyyəmiz çox yaxşıdır, həvəslə məşq edirik. Plan üzrə hazırlaşırıq. İnşallah, doğma meydanda qələbə qazanıb, azarkeşlərimizi sevindirərik”.

Cənub təmsilçisi ilə oyunu “sarı-göylər”in iki aparıcı müdafiəçisi buraxacaq. Cəza səbəbindən Şəhriyar Rəhimov ilə Şəhriyar Əliyev matçı tirbunadan izləyəcək: “Şəhriyarların hər ikisi komandanın əsas oyunçularıdır, onların meydanda olmaması oyunumuza təsir edə bilər. Əgər baş məşqçimiz şans versə, oynamağa hazıram. Cinahlarda yox, əsasən müdafiənin mərkəzində çıxış etmişəm. Məşqçilər hansı mövqedə desə, orada oynamağa hazır olmalıyıq”.

“Kəpəz”in heyətində mərkəz müdafiəçisi mövqeyində dörd futbolçu oynayır. Məşqçilər korpusu Tərlan Quliyev və Şəhriyar Əliyev əsas heyətdə yer verirsə, Nərimanovla Azad Kərimov ara-sıra meydanda görünür: “Rəqabət nə qədər çox olarsa, ümumi işimizə bir o qədər xeyir dəyər, inkişaf olar. Dördümüz də çalışırıq ki, məşqlərdə özümüzü yaxşı tərəfdən göstərək. Kim daha hazırlıqlıdısa, ona da şans verilir. Həmin futbolçu da özünü doğrultmalıdır. Mərkəz müdafiəçilərinin çoxluğu həm komandaya, həm də bu mövqedə oynayan futbolçulara müsbət təsir edir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30