20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ” “Zirə” ilə oyunun hazırlığını davam etdirir

Azərbaycan Premyer Liqasının XXV turunda “Zirə” ilə qarşılaşacaq “Qəbələ” oyunun hazırlıqlarını davam etdirir. Futbolxeber.az saytının məlumatına görə, paytaxt təmsilçisi ilə martın 9-da keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunundan (5:1) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” dünən növbəti hazırlığını keçib. “Zirə” ilə kubok matçının ertəsi gün olduğu kimi yenə yalnız son görüşdə iştirak etməyənlərin məşqi yaşıl meydanda baş tutub. 2 gün öncə komandanın qələbəsində pay sahibi olanlar isə srağagün bərpaedici məşqlə kifayətlənib, dünən isə fiziki hazırlıq keçib. “Qəbələ”nin oyunöncəsi son məşqi bu gün baş tutacaq. Qəbələ şəhər stadionundakı hazırlıq prosesi saat 17:30-da başlayacaq. Komandanın məşqi tam heyətlə keçəcək.

Xatırladaq ki, martın 13-də baş tutacaq “Qəbələ” - “Zirə” qarşılaşmasının start fiti saat 15:00-da veriləcək.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30