29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

“Təbriz Həsənov millimizi Avropa çempionatına yaxşı hazırlaşdırır”

“17 yaşadək futbolçulardan ibarət komandalar arasında ölkə çempionatının Azərbaycanda keçirilməsi bizim üçün böyük təcrübə olacaq. Bacardığımızı edəcəyik ki, qitə birinciliyi ən yüksək səviyyədə keçsin”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Assosiasiya rəhbəri ölkə başçısı İlham Əliyevin idmana böyük qayğı göstərdiyini vurğulayıb: “Azərbaycan artıq böyük turnirləri yüksək səviyyədə keçirmək bacarığını sübuta yetirib. Cənab prezidentimiz İlham Əliyev idmana böyük diqqət ayırır. Artıq Avropa çempionatının yüksək səviyyədə keçməsi üçün dövlət başçımız sərəncam da verib. Eləcə də maddi vəsait də ayrılıb. Odur ki, indidən bütün futbolsevərləri mayın 5-də baş tutacaq çempionatın açılış oyununda komandamıza dəstək olmağa çağırıram”.

Rövnəq Abdullayev komandamızın turnirə yaxşı hazırlaşdığını bildirib: “Turnirdə uğur qazanmaq üçün komanda əlindən gələni etməlidi. Amma indidən proqnoz vermək çətindi. Əvvəlcə püşk atılmalı, rəqiblərimizi tanımalıyıq. Təbriz Həsənov millimizi Avropa çempionatına yaxşı hazırlaşdırır. Eləcə də Məşqçilər Komitəsi və əsas millimizin baş məşqçisi Robert Prosineçki daim U-17-ni diqqət mərkəzində saxlayırlar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31